Güləş üzrə yığma komandalarımız dünya çempionatına hazırlaşır



Güləş üzrə ölkənin yığma komandaları təqvim planı üzrə qarşıdan gələn dünya çempionatına hazırlıqları davam etdirir.

"Olimpnews.az"ın məlumatına görə, yunan-Roma və sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandalarımız məşqlərini Olimpiya Güləş Mərkəzində, qadın güləşçilər isə Ukraynanın Kiyev şəhərində Konça Zaspa təlim-məşq bazasında davam etdirirlər. Yunan-Roma güləşi üzrə yığmanın təlim-məşq toplanışına avqustun 3-də start verilib və məşqlər çempionat başlayana qədər davam edəcək. Avqustun 7-dən Ukraynaya yollanan qadın güləşçilərimiz isə ayın 21-dək bu ölkənin yığma komandası ilə birgə hazırlıqları davam etdirəcəklər. Sərbəst güləşçilərin təlim-məşq toplanışı isə avqustun 6-dan 20-dək davam edəcək.

Məlumat üçün bildirək ki, güləş üzrə dünya çempionatı avqustun 21-26-da Fransanın paytaxtı Paris şəhərində keçiriləcək.




Bu yazı

4574 dəfə oxunub

Tarix

2017-08-11 13:01:20

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook