Bədii gimnastika üzrə Azərbaycan çempionatı keçiriləcək




Avqust ayının 18-də bədii gimnastika üzrə 24-cü Azərbaycan çempionatı keçiriləcək. 

"Olimpnews.az"ın məlumatına görə, medal uğrunda gənclər və böyüklər yaş kateqoriyasında yer alan 25 gimnast halqa, top, gürzlər və lentlərdə mübarizə aparacaq.

Yarışlarda "Ocaq Sport” İdman Klubu, Bakı Gimnastika Məktəbi, "Start” İdman Klubu, "Zirvə İnternational” İdman Klubu, eyni zamanda Gəncə, Qusar və Kürdəmir təmsilçiləri ilə yanaşı, ölkəmizdə təlim-məşq toplanışında olan xarici idmançılar da öz maraqlı çıxışları ilə tamaşaçıları sevindirəcəklər.





Bu yazı

6545 dəfə oxunub

Tarix

2017-08-11 13:36:50

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook