Ramil Quliyev: "Azərbaycan hər zaman qayıtmağa hazıram"


"Mənə ünvanladığı təbrikə görə Cənab Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Bu, mənim üçün qürurvericidir”.

Olimpnews.az saytının məlumatına görə, bu sözləri Londonda keçirilən yüngül atletika yarışında dünya çempionu olan Ramil Quliyev deyib.

Türkiyəni təmsil edən atlet "Azərbaycana qayıtmaq istərdinizmi?” sualına belə cavab verib: "Əgər istəsələr, mən hər zaman Azərbaycan qayıtmağa hazıram. Bu, tək mənim yox, bütün Azərbaycan xalqının qələbəsidir. Çox sevinirəm. Bilirdim ki, xalqım məni dəstəkləyəcək. Bunu hiss edirdim. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Mən azərbaycanlıyam. Azərbaycan və Türkiyə bir millət iki dövlətdir. Ona görə də hər iki dövlətin bayrağını dalğalandırdım. Bu, mənim üçün fəxrdir”.

Qeyd edək ki, Türkiyəni təmsil edən azərbaycanlı idmançı Ramil Quliyev Londonda keçirilən yüngül atletika yarışında dünya çempionu adını qazanıb. Ramilin qələbəsi Türkiyədə böyük sevinclə qarşılanıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və digər dövlət məmurları azərbaycanlı idmançını qazandığı qələbə münasibətilə təbrik ediblər.


Bu yazı

10147 dəfə oxunub

Tarix

2017-08-11 23:05:40

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook