Qarşılıqlı anlaşma imzalanacaq




2028-ci ildə keçiriləcək yay Olimpiya və Paralimpiya Oyunları ABŞ-ın Los-Anceles şəhərində keçiriləcək. Beynəlxalq Olimpiya Komitəsi (BOK) bununla bağlı Los-Anceleslə razılaşmanı rəsmən təsdiqləyib.

"Olimpnews.az"ın məlumatına görə, anlaşmaya əsasən, BOK qarşıdakı 11 il ərzində Los-Anceles-2028 Təşkilat Komitəsinə uşaq və gənclərlə bağlı idman proqramını maliyyələşdirmək üçün 1,8 milyard dollar vəsait ayıracaq. 

Yekun qərar üçün BOK, Los-Anceles və Olimpiada-2024-ə ev sahibliyi edəcək Fransanın paytaxtı Paris arasında üçtərəfli müqavilənin ratifikasiya olunması lazım gəlir. Qarşılıqlı anlaşmanın sentyabrın 13-də Perunun paytaxtı Limada keçiriləcək BOK-un 131-ci sessiyasında imzalanması planlaşdırılır.

Qeyd edək ki, Los-Anceles 1932 və 1984-cü illərdən sonra tarixdə üçüncü dəfə yay Olimpiya Oyunlarının ev sahibi olacaq. Sonuncu dəfə ABŞ-da 1996-cı il Atlanta Yay və 2002-ci il Solt Leyk Siti Qış Olimpiya Oyunları keçirilib.





Bu yazı

8753 dəfə oxunub

Tarix

2017-08-14 16:17:26

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook