Bədii gimnastlar arasında ölkənin ən güclüləri bəlli olub




Avqustun 18-də bədii gimnastika üzrə 24-cü açıq Azərbaycan çempionatı keçirilib. 

"Olimpnews.az"ın məlumatına görə, Milli Gimnastika Arenasının köməkçi zalında təşkil edilən yarışlarda gənclər və böyüklər yaş kateqoriyasında 25 gimnast qüvvəsini sınyaıb. Çoxnövçülükdə gənclər arasında ən yaxşı nəticəni Bakı Gimnastika Məktəbinin yetirməsi Dərya Farşbafşəhriyari göstərib. O, hakimlərdən 49.250 xal alaraq ölkə çempionu adını qazanıb. 2-ci və 3-cü yerləri müvafiq olaraq "Ocaq Sport” İdman Klubunun təmsilçiləri Nərminə Səmədova (48.050) və Arzu Cəlilova (47.700) tutublar.

Böyüklər yaş kateqoriyasında çıxış edən gimnastlar arasında yarış gərgin idman mübarizəsi şəraitində keçib. Qızlarımız xalça üzərində hakimlərin rəğbətini qazanmaq üçün qüsursuz çıxışlar nümayiş etdirməyə çalışıblar. Yekun nəticədə Azərbaycan çempionu adını ölkənin gimnastika yığmasının perspektivli gimnastlarından olan və "Ocaq Sport” İdman Klubunun yetirməsi Zöhrə Ağamirova (64.900) qazanıb. Fəxri kürsünün ikinci pilləsində adıçəkilən klubun digət təmsilçisi Veronika Hudis (47.500 xal) yer alıb.

Məlumat üçün bildirək ki, açıq Azərbaycan çempionatında yerli gimnastlarımızla yanaşı, hazırda ölkəmizdə təlim-məşq toplanışı keçən Yeni Zelandiya təmsilçiləri də iştirak ediblər. Onlardan Tanaka Probert Ayanın da icra etdiyi maraqlı kompozisiyalar hakimlərin xoşuna gəlib. O, 45.600 xalla 3-cü yerdə qərarlaşıb.



Bu yazı

3986 dəfə oxunub

Tarix

2017-08-21 10:02:02

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook