Mariana Vasileva: “Komandamız yeni mövsümə hazırlaşır”




Son illər Azərbaycanın regionlarında istedadlı gimnastlar yetişir.

"Olimpnews.az” xəbər verir ki, bu sözləri bədii gimnastika üzrə Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasileva bədii gimnastika üzrə keçirilən Azərbaycan çempionatında deyib. Baş məşqçi bu il Azərbaycanın açıq çempionatında ölkə regionlarından çoxlu sayda gimnast iştirak etdiyini bildirib. Onun dediklərinə görə, əvvəl bu yarışlarda yalnız Gəncə klublarından olan gimnastlar iştirak edirdisə, indi Kürdəmir rayonunun və Zirə idman klublarının idmançılarını da görmək mümkündür: "Regionlarda gimnastikanın inkişaf etməsi yaxşı haldır. Biz hazırda yığma komandada yeni nəsil gimnastları görürük. Komandamız yeni mövsümə hazırlaşır. Yaxın zamanlarda dünya çempionatı keçiriləcək. Bu yarışda ölkəmizi Zöhrə Ağamirova və Ayşən Bayramova təmsil edəcək”.

Mariana Vasileva onu da qeyd edib ki, bir sıra yeniyetmə və gənc gimnastlar artıq böyüklərin kateqoriyasında qüvvələrini sınayırlar. Onun sözlərinə görə, bu idmançılardan Yelizaveta Luzan, Darya Farşbafşahriyari, Nərminə Səmədova və Arzu Cəlilova 2018-ci ildə keçiriləcək Avropa çempionatında iştirak etmək üçün hazırlaşacaqlar.





Bu yazı

5963 dəfə oxunub

Tarix

2017-08-21 12:39:30

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook