Güləş üzrə dünya çempionatına start verilib




Avqustun 21-də Fransanın paytaxtı Paris şəhərində güləş üzrə dünya çempionatına start verilib. 

"Olimpnews.az” xəbər verir ki, yarışda ölkəmizi 22 idmançı təmsil edir. Proqrama əsasən, ilk iki yarış günündə yunan-Roma güləşçiləri xalça üzərinə çıxıblar.

71 kq
1/32 final - Rəsul Çunayev - Jefrin Benito Mejia Sambula (HON) (C xalçası)
Rəsul Çunayev dünya çempionatına qələbə ilə başlayıb.
Güləşçimiz Honduras təmsilçisi Jefrin Benito Mejia Sambulanı məğlub edərək növbəti mərhələyə adlayıb. Milli komandamızın üzvü 1/16 finalda almaniyalı Frank Stabler ilə üz-üzə gələcək.

75 kq
1/16 final - Həsən Əliyev - Shohei Yabiku (JPN) (D xalçası)

85 kq
1/16 final - Ricardo Diego Cardenas Esquen (PER) - İslam Abbasov (B xalçası)

98 kq
1/16 final - Kevin Mejia Castillo (HON) - Orxan Nuriyev (D xalçası)

Final görüşləri isə 21:00-da başlayacaq.
Avqustun 23-24-də qadın, 25-26-da isə sərbəst güləşçilər arasında qaliblər müəyyənləşəcək.




Bu yazı

4327 dəfə oxunub

Tarix

2017-08-21 13:32:35

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook