Həvəskarlar üzgüçülük turnirində yarışıblar - FOTOLAR

Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA), "Olimpiya dünyası” qəzeti və "Sportsman” jurnalının birgə təşkilatçılığı ilə Milli Olimpiya Komitəsinin 25 illiyinə həsr olunmuş həvəskarlararası üzgüçülük yarışı keçirilib.

Olimpnews.az saytının məlumatına görə, "Fairmont” hotelin "ESPA” Sağlamlıq Mərkəzində təşkil olunan turnirdə 18 (15 kişi, 3 qadın) iştirakçı qalib adı uğrunda mübarizə aparıb. Yarışın reqlamentinə, əsasən, iştirakçılar təsnifat mərhələsində üç-üç mübarizəyə başlamaqla, 20 metr məsafəni qət ediblər. Bu mərhələdə ən yaxşı nəticə göstərən 3 həvəskar üzgüçü finala vəsiqə qazanıb.

Həlledici mərhələdə Əli Cəlallı 40 metr məsafəni hamıdan tez qət edərək (27,36 san.) birinci yerə layiq görülüb. Liderdən 4 saniyə geri qalan Davud Niyazov ikinci yerə sahib çıxıb. İlk "üçlüy”ü Rasim Tahirov (34,16 san.) tamalayıb.

Qadınların yarışında Nigar Əlizadə (20 metr; 27,18 san.) birinci, Gülnar Məmmədli (40,22 san.) ikinci, Mehbarə Məmmədli (41,34 san.) isə üçüncü yeri tutub.

Yarışlar başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. AİJA-nın prezidenti Eldar İsmayılov və "Olimpiya dünyası” qəzetinin baş redaktorunun müavini Aslan Şirəliyev çıxış edərək, qalibləri təbrik ediblər, belə yarışların gələcəkdə də təşkil olunacağını vurğulayıblar. Qaliblərə təşkilatçılar tərəfindən qiymətli hədiyyələr təqdim olunub.

Qeyd edək ki, saytımızı Rahib Səmədov və Cavid Fərzəliyev təmsil ediblər.










Bu yazı

3808 dəfə oxunub

Tarix

2017-08-21 18:11:38

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook