Basketbolun əfsanəsi 39 yaşını qeyd edib





Məşhur basketbolçu, ikiqat Olimpiya çempionu Kobi Brayantın dünən 39 yaşı tamam olub.

"Olimpnews.az” xəbər verir ki, NBA-nın əfsanə idmançısı olan ABŞ oyunçusu əsrin ən yaxşı basketbolçularından biridir.

Maraqlıdır ki, "Qara mamba" adı ilə tanınan Kobi Brayant 20 mövsüm eyni komandada – "Los-Anceles Leykers”də oynayıb. Ümumilikdə keçirdiyi 1346 oyunda 33643 (hər oyunda 25 xal) xal toplayıb. Pekin-2008 və London-2012 Olimpiadasının çempionu, 5 qat NBA çempionu tituluna layiq görülüb.

Futbolu çox sevən basketbolçu "Milan” klubuna azarkeşlik edir. 13 il İtaliyada yaşayan Kobi Brayant italyan dilində çox gözəl danışır. Ailəlidir, 3 qız övladı var.




Səadət



Bu yazı

3911 dəfə oxunub

Tarix

2017-08-25 10:13:03

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook