WADA noyabrda qərar verəcək




Beynəlxalq Antidopinq Agentliyi (WADA) Rusiya Antidopinq Agentliyinə (RUSADA) ikinci dəfə audit göndərməyi planlaşdırır.

"Olimpnews.az”ın məlumatına görə, iyunun 27-də WADA-nın müstəqil komissiyası RUSADA-nın yenidən bərpasından sonra onun fəaliyyətində irəliləmə olduğu barədə açıqlama verib. Beynəlxalq qurum Rusiya təşkilatına müstəqil dopinq testləri keçirməyə də icazə verib. WADA sentyabrın sonunda yoxlamalara yekun vuracaq. Beynəlxalq qurum noyabr ayında auditlərin hesabatlarının dinlədikdən sonra RUSADA-nın hüquqlarının özünə qaytarılması barədə qərar verəcək.

Məlumat üçün bildirək ki, 2015-ci ilin noyabrında Riçard Paundun rəhbərliyi altında WADA-nın müstəqil komissiyası RUSADA-nı üzvlükdən məhrum edib.



Bu yazı

5554 dəfə oxunub

Tarix

2017-08-25 11:18:20

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook