İdman dırmanması üzrə açıq birincilik keçiriləcək


Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası, eləcə də Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin "Gömrükçü” İdman Klubunun təşkilatçılığı ilə idman dırmanması üzrə yeniyetmə, gənclər və böyüklər arasında "Gömrükçü” İdman Klubunun açıq birinciliyi və çempionatı keçiriləcək.

Olimpnews.az saytının məlumatına görə, "ClimBaku” Dırmanma Mərkəzində təşkil ediləcək yarışda avqustun 26-27-də yeniyetmə və gənclər, sentyabrın 9-10-da isə böyükyaşlı idmançılar mübarizə aparacaqlar. Yeniyetmə və gənclər çətinlik növündə, böyükyaşlı idmançılar isə boldrinq və sürət növlərində bacarıqlarını nümayiş etdirəcəklər. Yarışda "Gömrükçü” İK ilə yanaşı "Qərb Universiteti” İK, "Qafqaz”İK, "Ekosport” İK, FHN İSK, "Kyanite”İK, "Şəki AMA”İK, "Salavat” İK (Qusar), "Tornado” İK, "Gilavar” İdman Klubundan ümumilikdə 70-dək idmançı qüvvəsini sınayacaq.

Qeyd edək ki, "Gömrükçü” İdman Klubunu bu yarışda hər üç yaş qrupu üzrə 24 idmançı təmsil edəcək. Yarışın açılış mərasimi avqustun 26-sı saat 17:00-da "ClimBaku” Dırmanma Mərkəzində keçiriləcək.


Bu yazı

3693 dəfə oxunub

Tarix

2017-08-25 16:14:42

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook