Boksçumuza qarşı haqsızlıq edilib




Almaniyanın Hamburq şəhərində keçirilən dünya çempionatında Azərbaycan millisinin boksçusu Lorenzo Sotomayorun məğlubiyyətinə hakim haqsızlığı səbəb olub.

Boks Federasiyasından "olimpnews.az”a verilən məlumata görə, bu, 64 kq çəki dərəcəsində rinqə çıxan Olimpiya mükafatçımızın 1/8 final mərhələsindəki döyüşünə təsadüf edib.
Belə ki, Sotomayor misirli Eslam Muhamedlə qarşılaşmada üstün tərəf olsa da, ədalət təmsilçiləri qələbəni rəqibə veriblər. Nəticədə boksçumuz hakimlərin səhvi səbəbindən mundialla vidalaşmaq məcburiyyətində qalıb.

Qeyd edək ki, Sotomayor 2:3 (28:29, 28:29, 30:27, 27:30, 30:27) hesabı ilə məğlub olub.




Bu yazı

20524 dəfə oxunub

Tarix

2017-08-28 14:33:06

Yazını

Çap et

Yazını

Paylaş