Güləş qaydalarında dəyişiklik edilib




Avqustun 21-26-da Fransanın paytaxtı Parisdə keçirilən dünya çempionatının gedişində Dünya Güləş Birliyi (DGB) İdarə Heyətinin növbəti toplantısı təşkil olunub.

"Olimpnews.az”ın məlumatına görə, toplantıda güləş ictimaiyyətini maraqlandıran bir sıra məsələlər müzakirə olunub və qərarlar qəbul edilib.

Müzakirə edilən məsələlərdən ən əsası və birincisi çəki dərəcələrində edilən dəyişikliklər olub. Belə ki, Dünya Güləş Birliyinin yeni qərarına əsasən, böyüklər yaş kateqoriyasında çəki dərəcələrinin sayı 8-dən 10-a artırılıb. Olimpiya çəki dərəcələrinin sayı isə 6 olaraq qalıb. Beləliklə, 2018-ci ilin yanvarın 1-dən etibarən təqvim planı üzrə bütün güləş yarışları dəyişilmiş çəki dərəcələri üzrə keçiriləcək.
Yeni qaydalara görə, sərbəst güləşçilər 57, 61, 65, 70, 74, 79, 86, 92, 97, 125 kq, yunan-Roma güləşçiləri 55, 60, 63, 67, 72, 77, 82, 87, 97, 130 kq, qadın güləşçilər isə 50, 53, 55, 57, 59, 62, 65, 68, 72 və 76 kq çəki dərəcəsində yarışacaqlar.

Gənclər və U-23 yaş kateqoriyasında olan güləşçilər də bu çəki dərəcələrində mübarizə aparacaqlar. Yeniyetmələr və azyaşlı yeniyetmələrin çəki dərəcələri ilə bağlı qərar isə yaxın günlərdə qəbul ediləcək.
2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunlarında güləşçilər 6 çəki dərəcəsində mübarizə aparacaqlar. Sərbəst güləşçilər olimpiadada 57, 65, 74, 86, 97, 125 kq, yunan-Roma güləşçiləri 60, 67, 77, 87, 97, 130 kq, qadın güləşçiləri isə 50, 53, 57, 62, 68 və 76 kq çəkidə xalça üzərinə çıxacaqlar.

Bundan başqa müzakirə olunan güləş qaydalarında bəzi dəyişikliklər təsdiqlənib. Belə ki, bu il yeniyetmə güləşçilərin qitə və dünya birinciliklərində sınaqdan keçirilən və 2 günlük yarış proqramı üzrə təklif olunan qayda dəyişikliyi 2018-ci ilin yanvarın 1-dən bütün yaş kateqoriyalarında tətbiq ediləcək. İkinci yarış günündə normadan 2 kq artıq çəkidə güləşməyə icazə verilməsi isə yalnız 2018-ci ildə keçiriləcək yarışlarda tətbiq olunacaq. 2019-cu ilin yanvarından etibarən isə normadan artıq çəkidə güləşməyə icazə verilməyəcək.




Bu yazı

4416 dəfə oxunub

Tarix

2017-08-29 14:39:37

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook