Pekin yeganə şəhər olacaq




Çin dövləti 2022-ci ildə növbəti qış Olimpiya Oyunlarını yüksək səviyyədə qəbul etməyə hazırdır. 

"Olimpnews.az" xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının (ÇXR) sədri Si Tzinpin Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Baxla görüşündə deyib.

Çinin Sinxua Agentliyinin yaydığı xəbərə görə, görüş Çinin Tyantsizin şəhərində baş tutub.
"Biz ərizədə göstərilən bütün öhdəlikləri tamamilə yerinə yetirməyə hazırıq. Ölkəmiz XXIV Qış Olimpiya Oyunlarına yüksək səviyyədə ev sahibliyi edəcək”, - deyə ÇXR-nın sədri deyib. O həm də əmin olduğunu bildirib ki, olimpiadaya ev sahibliyi ölkədə nəinki peşəkar idmanın inkişafına köməklik göstərəcək, həm də idmanın kütləviliyinə təkan verəcəkdir.

Məlumat üçün bildirək ki, Pekin 2015-ci ildə XXIV Qış Olimpiadasının paytaxtı seçilib. Pekin olimpiada tarixində həm yay, həm də qış Olimpiya Oyunlarının qəbul edən yeganə şəhərdir.



Bu yazı

6172 dəfə oxunub

Tarix

2017-08-30 14:02:39

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook