Yeniyetmə güləşçimiz dünya çempionatının finalına yüksəlib




Yunanıstanın paytaxtı Afinada yeniyetmə güləşçilərin dünya çempionatı davam edir.

"Olimpnews.az”ın məlumatına görə, ilk yarış günündə yunan-Roma güləşi üzrə 50, 54, 58, 63 və 100 kq çəki dərəcələrində pəhləvanlar mübarizə aparıblar.

Mundialda 50 kq-da yarışan Zaur Əliyev ardıcıl olaraq Macarıstan və İsveç güləşçilərini məğlub edib. Yarımfinalda Ermənistan təmsilçisinə də heç bir şans verməyən güləşçimiz finala yüksəlib. Həlledici görüşdə pəhləvanımızın rəqibi Yaponiya idmançısı olacaq.

Zaur Əliyev bir ay bundan əvvəl 46 kq çəkidə yeniyetmələrin Avropa çempionu adını qazanıb.
Turnirdə 63 kq-da çəkidə mübarizə aparan Ruslan Hədisov ilk görüşdə iranlı güləşçiyə məğlub olub. Rəqibin finala yüksəlməsi ilə güləşçimiz təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Güləşçimiz bu mərhələdə qazaxıstanlı idmançı ilə üz-üzə gələcək.



Bu yazı

3711 dəfə oxunub

Tarix

2017-09-05 16:43:16

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook