Qurban Qurbanov: ““Stemford Bric”dəki qarşılaşma çox ağır keçəcək”


"Avropanın ən mötəbər klub turnirində oynamaq komandamızın çoxdankı arzusu idi”. Olimpnews.az saytının məlumatına görə, bu sözləri "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam klubu Çempionlar Liqasının qrup mərhələsində ilk oyununu bu gün "Çelsi”yə qarşı keçirəcək. Matçdan əvvəl AFP nəşrinə açıqlama verən 45 yaşlı baş məşqçi maraqlı fikirlər səsləndirib: "Püşk İngiltərə, İspaniya və İtaliyanın ən yaxşı klublarını bizə rəqib etdi. Qrupda böyük rəqabət olacaq. Rəqiblərimiz çox güclü və təcrübəli komandalardır. Amma bu o demək deyil ki, biz "döyüş”dən əvvəl təslim olacağıq. Hər bir oyunda dişimizlə, dırnağımızla sona qədər mübarizə aparmağa hazırıq”.

Qurban Qurbanov "Çelsi” ilə Londonda keçirəcəkləri oyuna da toxunub. O, rəqibin güclü olduğunu etiraf etsə də, layiqli nəticəyə imza atmağa çalışacaqlarını vurğulayıb. "Mübarizəyə Londonda start verəcəyik. Bizi "Çelsi” ilə vacib oyun gözləyir. "Stemford Bric”dəki qarşılaşma çox ağır keçəcək. Buna baxmayaraq, layiqli nəticəyə imza atmağa çalışacağıq”, - deyə o, əlavə edib.

Qeyd edək ki, "Çelsi” - "Qarabağ” matçı Bakı vaxtı ilə 22:45-də start götürəcək.


Bu yazı

1714 dəfə oxunub

Tarix

2017-09-12 00:38:29

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook