Namizəd şəhərlərin siyahısını açıqlanıb


ABŞ, Kanada və Meksikanın Birləşmiş Təşkilat Komitəsi 2026-cı ildə təşkil olunacaq futbol üzrə dünya çempionatına ev sahibliyi etmək üçün namizəd şəhərlərin siyahısını açıqlayıb.

Olimpnews.az saytının məlumatına görə, ilk dəfə 48 yığma komandanın iştirakı ilə keçiriləcək dünya çempionatı üçün Birləşmiş Təşkilat Komitəsi 3 namizəd şəhəri - Kalqari, Qrin-Bey və San-Dieqonu siyahıdan çıxarıb. Beləliklə, Birləşmiş Təşkilat Komitəsinin ilkin sifariş ərizəsində 41 şəhər yer alır. Bunlardan 32-si ABŞ, 6-sı Kanada və 3-ü isə Meksika şəhəridir.

20-25 şəhərdən ibarət rəsmi sifariş ərizəsi gələn il martın 16-da FIFA-ya göndəriləcək. Dünya çempionatı zamanı oyunların 12 şəhərdə keçirilməsinə icazə verilir.

Qeyd edək ki, bir müddət əvvəl Mərakeş də dünya çempionatına ev sahibliyi etmək namizədliyini irəli sürəcəyini elan etmişdi.


Bu yazı

1917 dəfə oxunub

Tarix

2017-09-12 15:02:25

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook