Ev sahiblərinin adları açıqlanıb




Ötən həftə Perunun Lima şəhərində Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsinin 131-ci sessiyası keçirilib. 

"Olimpnews.az"ın məlumatına görə, BOK-un ali rəhbər orqanı olan sessiyanın bu iclasında 2024 və 2028-ci illərdə keçiriləcək Olimpiya Oyunlarının ev sahiblərinin adları açıqlanıb.

Sessiyanın qərarına görə, Olimpiada-2024-ü Paris, Olimpiada-2028-i isə Los-Anceles şəhəri qəbul edəcək. Paytaxt şəhərlərin adlarını BOK prezidenti Tomas Bax elan edib. BOK İcraiyyə Komitəsinin 80 üzvünün hər biri bu qərarı yekdilliklə dəstəkləyib.

Məlumat üçün bildiriək ki, Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparan Budapeşt və Hamburq şəhərləri sakinlərdən dəstək ala bilmədiklərinə görə geri çəkiliblər. Roma şəhəri isə maliyyə səbəblərindən mübarizədən imtina edib.

Qeyd edək ki, hər iki şəhər Olimpiya Oyunlarını artıq 3-cü dəfə qəbul edəcək. Fransanın paytaxtı Olimpiya Oyunlarına 1900 və 1924-cü illərdə, Los-Anceles isə 1932 və 1984-cü illərdə ev sahibliyi edib.



Bu yazı

4451 dəfə oxunub

Tarix

2017-09-18 10:09:25

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook