Bakı lisenziya xarakterli yarışa ev sahibliyi edəcək




İyunun ayının 22-23-də paytaxt Bakı yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya verən idman gimnastikası üzrə yarışlara ev sahibliyi edəcək. 

"Olimpnews.az" xəbər verir ki, Milli Gimnastika Arenasında keçiriləcək təsnifat xarakterli yarışlarda kişi və qadın idman gimnastlar arasında ən güclülər müəyyənləşəcək. Məlumat üçün buildirək ki, Yeniyetmələrin III Yay Olimpiya Oyunları 2018-ci il oktyabrın 6-12-də Buenos-Ayres (Argentina) şəhərində keçiriləcək.

Bakıda adıçəkilən yarışlara lisenziya verən ikinci yarış isə 2018-ci ilin aprelində olacaq. Gimnastlar batut, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatında qüvvələrini sınayacaqlar. Yarışa lisenziya qazanan idmançılar Buenos-Ayres-2018 Olimpiya Oyunlarında və 2019-cu ildə Minsk şəhərində keçiriləcək II Avropa Oyunlarında iştirak etmək hüququ əldə edəcəklər.



Bu yazı

3615 dəfə oxunub

Tarix

2017-09-18 12:35:54

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook