Hərbçi güləşçilərin dünya çempionatına start verilib




Dünən Litvanın Klaypeda şəhərində hərbçi güləşçilər arasında 32-ci dünya çempionatına start verilib. 

"Olimpnews.az"ın məlumatına görə, çempionatda ölkəmizi ölkəmizi sərbəst güləş, yunan-Roma və qadın güləşi yarışlarında 16 idmançımız təmsil edir. Güləşçilərimiz Nazim Əlicanov və Taleh İsrafilovun rəhbərliyi altında yarışırlar.

Çempionatın proqramına əsasən, ilk yarış günündə sərbəst güləş üzrə 57 kq, 61 kq, 65 kq, 70 kq və qadın güləşi üzrə 48 kq, 53 kq, 55 kq, 58 kq çəkidə qaliblər müəyyənləşib. Sentyabrın 21-də isə xalçaya 74 kq, 86 kq , 97 kq, 125 kq çəkidə sərbəst, 60 kq, 63 kq, 69 kq və 75 kq çəkidə qadın güləşçilər çıxacaqlar. 59 kq, 66 kq, 71 kq və 75 kq çəkidə yunan-Roma güləşçiləri sentyabrın 22-də, 80 kq, 85 kq, 98 kq və 130 kq çəkidə yunan-Roma güləşçiləri isə son yarış günündə mübarizə aparacaqlar.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Elman İsmayılov təmsil edir.

Xatırladaq ki, ötən ilki dünya çempionatını sərbəst güləşçilərimiz 3 (1 qızıl, 1 gümüş və 1 bürünc), yunan-Roma güləşçilərimiz isə 6 (1 qızıl, 3 gümüş və 2 bürünc) medalla başa vurublar.




Bu yazı

2691 dəfə oxunub

Tarix

2017-09-18 16:39:29

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook