Gimnastlarımız finalda yarışıblar



İtaliyanın Ankona şəhərində aerobika gimnastikası üzrə 10-cu Avropa çempionatı keçirilib. 

"Olimpnews.az"ın məlumatına görə, Avropa çempionatında ilk dəfə olaraq 3 proqramda təmsil olunan milli komandamız hər 3 kateqoriya üzrə finala yüksəlməyi bacarıb. 

Fərdi proqram üzrə final oyunlarında ölkəmizi Vladimir Dolmatov təmsil edib. Gimnastımız 20.950 xalla 7-ci pillədə qərarlaşıb. Trioda isə Elçin Məmmədov və Emil Quliyev Vladimirlə bərabər çıxış ediblər. Komandamız bu proqramda 8-ci yerlə (20.350) kifayətlənib.

Komandamızın ən maraqlı çıxışlarından biri də Nərminə Hüseynova, Elçin Məmmədov, Ruslan Eyvazov, Nigar Həsənova, Aliyə Paşayeva, Zeynəb Hümmətova, Akif Kərimli və Nigar İbrahimbəylinin "Aero Dance” proqramında icra etdikləri kompozisiya olub. Milli musiqimizin ritmləri üzərində qurulan elementləri peşəkarcasına yerinə yetirən gimnastlarımız yekun mərhələdə 5-ci olublar.




Bu yazı

2857 dəfə oxunub

Tarix

2017-09-29 14:24:12

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook