Voleybolçularımız Avropa çempionatının yarımfinalında


Sentyabrın 29-da qadın voleybolçular arasında Avropa çempionatında 1/4 final mərhələsinin sonuncu yarış gününə Azərbaycan - Almaniya matçı ilə start verilib.

Olimpnews.az saytının məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva milli komandamızın oyununa baxıblar.

Milli komandamız birinci setin əvvəlində hesabda geri olmasına baxmayaraq, yüksək əzmkarlıq nümayiş etdirərək qalib gəlib - 25:20.

Görüşün ikinci setində Azərbaycan yığması əldə etdiyi üstünlüyü sona qədər qoruyub saxlayaraq böyük fərqlə qələbə qazanıb (25:18).

Qarşılaşmanın üçüncü seti də inamlı oyun nümayiş etdirən voleybolçularımızın qələbəsi ilə başa çatıb – 25:21.

Beləliklə, 1/4 finalda Almaniya millisini 3:0 hesabı ilə məğlubiyyətə uğradan Azərbaycan komandası Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb. Azərbaycan voleybolçuları yarımfinalda Niderland millisi ilə qarşılaşacaqlar.


Bu yazı

16316 dəfə oxunub

Tarix

2017-09-29 19:44:28

Yazını

Çap et

Yazını

Paylaş