Oleq Krapivinin şətəfinə turnir keçirilib



Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Oleq Krapivinin şərəfinə sərbəst güləş üzrə V açıq Respublika turniri keçirilib.

Şamaxı Olimpiya İdman Kompleksində keçirilən yarışlarda Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan və Qırğızıstanı təmsil edən 288 yeniyetmə güləşçi mübarizə aparıb. 10 çəki dərəcəsi üzrə qüvvələrini sınayan pəhləvanlar medallar uğrunda yarışıblar. Yarışın nəticələrinə görə, Cəlilabad, Abşeron, Astara, Sabirabad, Şağan, eləcə də Rusiya təmsilçiləri fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. 
Qaliblər yarışın təşkilatçıları tərəfindən diplom, medal, kubok və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Yarış çərçivəsində Şamaxı şəhərində Oleq Krapivin adını daşıyan "Şirvan" güləş klubunun açılışı olub. Mərasimdə Azərbaycan Gənclər və İdman Nazirliyinin nümayəndəsi Tofiq Eyvazov,Azərbaycan Kikboks Federasiyasının prezidenti, Milli Məclisin deputatı Adil Əliyev və deputat Kamran Nəbizadə, Ukrayna Güləş Federasiyasının prezidenti Elburus Tedeyev və sonda veteran güləşçi Oleq Krapivin iştirak ediblər.





Bu yazı

2441 dəfə oxunub

Tarix

2017-10-02 12:02:02

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook