Gimnastımız Dünya kubokunun qızıl medalına sahib olub




Sentyabrın 29-30-da Portuqaliyanın Lole şəhərində keçirilən tamblinq üzrə Dünya kubokunda gimnastımız Mixail Malkin qızıl medala sahib olub.

Yığma komandamızın üzvü Mixail Malkin 20-dən çox ölkənin iştirak etdiyi yarışda inamlı çıxış nümayiş etdirərək həm təsnifat mərhələsində, həm də finalda hakimlərdən ən yüksək xal almağı bacarıb. Gimnastımız bütün rəqiblərini geridə qoyaraq, Dünya kubokunun qızıl medalına yiyələnib.
Xatırladaq ki, tamblinqçimiz bu ilin fevral ayında Bakıda təşkil olunmuş Dünya kuboku mərhələsində gümüş medal qazanıb. Mixail Malkini qarşıda oktyabr ayının ilk həftəsində İspaniyada (Valladolid) keçiriləcək beynəlxalq turnir və Sofiyada təşkil ediləcək dünya çempionatı gözləyir.




Bu yazı

2587 dəfə oxunub

Tarix

2017-10-02 15:35:15

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook