Ölkə başçısı idmançılara hər zaman diqqət və qayğı göstərir




Sentyabrın 29-da Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin 25 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbirdə dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev iştirak edib. 
"Olimpnews.az" Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yubiley tədbiri zamanı dövlətimizin başçısı sərbəst güləş üzrə Azərbaycan milli komandanın baş məşqçisi Firdovsi Umudovla və üçqat dünya çempionu Hacı Əliyevlə görüşüb. Prezident İlham Əliyev baş məşqçini və güləşçimizi son dünya çempionatında qazanılan uğur münasibətilə təbrik edib. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan güləşçiləri Fransanın paytaxtı Parisdə təşkil olunan yarışda ölkəmizin idman şərəfini layiqincə qoruyub, Hacı Əliyev müstəqil Azərbaycanın güləş tarixində ilk dəfə olaraq 3-cü dəfə dünya çempionu olub. 

Ölkə başçısı milli komandanın baş məşqçisi Firdovsi Umudova pəhləvanlarımızın çıxışlarını hər zaman diqqətdə saxladığını bildirib və bundan sonra da onlardan yaxşı nəticələr gözlədiyini deyib. Diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığını bildirən Firdovsi Umudov Azərbaycanın idman şərəfəni hər zaman yüksəkdə tutacaqlarını və onlara bəslənilən etimadı bundan sonra da doğrultmağa çalışacaqlarını deyib.






Bu yazı

2603 dəfə oxunub

Tarix

2017-10-04 10:26:49

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook