Yığmamız hansı liqada mübarizə aparacaq?

UEFA-nın yeni layihəsi olan Millətlər Liqasında bütün dəstələr və səbətlər bəlli olub. Olimpnews.az saytının məlumatına görə, Azərbaycan yığmasının D liqasında mübarizə aparacaq.

4 liqada təşkil olunacaq yarışın iki ən yüksək dəstəsinin hərəsində 12 komanda çıxış edəcək. C liqasında 15, D liqasında 16 iştirakçı olacaq.

Liqalardakı qrupların püşkatması gələn il yanvarın 24-də İsveçrənin Lozanna şəhərində keçiriləcək. Azərbaycan yığması D liqasının ən yüksək reytinqlisi olduğundan I səbətdə yer alıb. Bu amil millimizin zəif rəqiblərlə eyni qrupa düşmək ehtimalını artırır.

2018-ci ilin sentyabr-noyabr aylarında bütün liqaların qrup oyunları təşkil olunacaq. A liqasının qrup qalibləri 2019-cu ilin iyununda iştirakçılardan birinin meydanına yığışaraq, yarımfinal və final görüşlərində mükafatların sahiblərinə aydınlıq gətirəcəklər.

A, B və C liqalarının qruplarında sonuncu yeri tutanlar aşağı dəstəyə yuvarlanacaq və növbəti turnirdə orada çıxış edəcək. B, C və D liqalarının qruplarında 1-ci yeri tutanlar isə bir dəstə yuxarı irəliləyəcəklər.

Göründüyü kimi, Azərbaycan millisinin C liqasına vəsiqə uğrunda mübarizə aparmaq şansları yüksəkdir. Amma Millətlər Liqasındakı qazanc yalnız yuxarı dəstəyə qalxmaq deyil. Çünki hər liqanın 1 komandası EURO-2020-nin final mərhələsinə vəsiqə qazanacaq.
Bu vəsiqələrin sahibləri 2020-ci ilin martında keçiriləcək pley-off mərhələsində sahibi tapacaq. Hər liqanın Avropa çempionatının seçmə mərhələsindən kənarda qalan 4 ən yaxşısı pley-offda qüvvəsini sınayacaq.

D liqası
I səbət: Azərbaycan, Makedoniya, Belarus, Gürcüstan;
II səbət: Ermənistan, Latviya, Farer adaları, Lüksemburq;
III səbət: Qazaxıstan, Moldova, Lixtenşteyn, Malta;
IV səbət: Andoora, Kosovo, San Marino, Cəbəllütariq.



Bu yazı

5440 dəfə oxunub

Tarix

2017-10-12 11:33:02

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook