Pəhləvanlarımız Xasavyurtda yarışıblar




Oktyabrın 14-15-də Dağıstanın Xasavyurt şəhərində sərbəst güləş üzrə sayca 9-cu "Qitələrarası Kubok” adı altında beynəlxalq turnir keçirilib.

"Olimpnews.az"ın məlumatına görə, turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Rusiya, Türkiyə, Polşa, Rumıniya, Peru, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Ukrayna və Belarusiya idmançıları da iştirak ediblər. Ölkəmizi bu yarışlarda yığma komandanın məşqçiləri Arif Abdullayev və və Rövşən Hacıyevin rəhbərliyi altında 11 idmançımız təmsil edib. Güləşçilərimiz turniri 4 (2 qızıl, 1 gümüş və 1 bürünc) medalla başa vurublar. Qızıl medalları komandamıza Ağahüseyn Mustafayev (65 kq) və 97 kq-da mübarizə aparan Aslanbek Alborov (97 kq) qazandırıb. Yalnız final görüşündə uduzan Cəmaləddin Məhəmmədov (125 kq) turniri gümüş medalla başa vurub. Bürünc medalı isə yığmamızın aktivinə 125 kq çəki dərəcəsində mübarizə aparan Səid Həmidov yazdırıb.

Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakimlər Qərib Əliyev, Vaqif Zeynallı, Asif Şirəliyev və Sədi Quliyev təmsil ediblər.



Bu yazı

2339 dəfə oxunub

Tarix

2017-10-16 10:42:37

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook