Avropa çempionatında uğurlu nəticə


Türkiyənin Antalya şəhərində keçirilən şahmat üzrə klublararası Avropa çempionatına yekun vurulub. Olimpnews.az saytının məlumatına görə, yarışın yekunu Azərbaycan komandaları üçün uğurlu olub.

Kişilərdən ibarət "Odlar Yurdu”u komandası sonuncu görüşündə Çexiya təmsilçisi "Novi Bor”la qarşılaşıb. Görüş rəqibin 3,5:2,5 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamız bu nəticədən sonra 11 xalla əlavə əmsallarda Makedoniya təmsilçisi "Alkoloid”dən geri qalaraq çempionatı bürünc medalla başa vurub. Birinci yeri isə Şəhriyar Məmmədyarovun çıxış etdiyi Rusiyanın "Qlobus” komandası tutub.

Qadınlardan ibarət "Odlar Yurdu” komandası isə Türkiyə klubu ilə qarşılaşıb. "Mərmərə” klubu ilə görüş təmsilçilərimizin qələbəsi ilə başa çatıb - 2,5:1,5. Xanım şahmatçılarımız yekunda 11 xal toplayıb və yalnız əlavə əmsallarda Gürcüstan "None” klubundan geri qalaraq gümüş medallara sahib çıxıblar.


Bu yazı

23384 dəfə oxunub

Tarix

2017-10-17 11:09:19

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook