Messi avrokubokda 100-cü qolunu vurub




Dünən Çempionlar Liqasının qrup mərhələsinin III turunda "Barselona” Yunanıstanın "Olimpiakos” klubunu qəbul edib.

Xarici mətbuatın yazdığına görə, oyunun 61-ci dəqiqəsində Argentina millisinin və "Barselona” klubunun hücumçusu Lionel Messi avrokubokda 100-ü qolunu vurub.
Messi qolların 97-ni Çempionlar Liqasında, 3-ü isə UEFA Superkuboku çərçivəsində rəqiblərin qapısından keçirib.
Qeyd edək ki, Çempionlar Liqası tarixində ən çox qol vuran futbolçu Portuqaliya millisinin və "Real Madrid” klubunun hücumçusu Kriştianu Ronaldodur. Onun aktivində 110 qol var, Messi 97 qolla ikinci yerdədir.



Bu yazı

14130 dəfə oxunub

Tarix

2017-10-19 09:20:15

Yazını

Çap et

Yazını

Paylaş