Namizədlik kampaniyası 2 mərhələdə keçiriləcək




Beynəlxalq Olimpiya Komitəsi (BOK) elan edib ki, Olimpiada-2026 Qış Olimpiya Oyunlarına ev sahibliyi üçün ərizə kampaniyası iki mərhələdə həyata keçiriləcək. Bu barədə BOK-un rəsmi saytında məlumat verilir. 

Məlumatda bildirilir ki, bu, milli Olimpiya komitələrinə (MOK) və təşkilatçı şəhərlərə iqtisadi cəhətdən mükəmməl olimpiada keçirməyə və qarşıya qoyulan məqsədə çatmağa nail olmağa imkan verəcək.

Yeni qaydaya görə, namizədlik kampaniyası iki mərhələdən ibarət olacaq. 1-ci mərhələ bu ilin oktyabrından gələn ilin oktyabrına qədər olan dövrü əhatə edəcək. Bu müddət ərzində ev sahibliyində marağı olan şəhərlər və milli Olimpiya komitələri (MOK) Beynəlxalq Olimpiya Komitəsi ilə əməkdaşlıq çərçivəsində qarşıya qoyulan tələb və imkanları nəzərdən keçirəcək. BOK iddialı şəhərlərə kömək məqsədilə onları öz hesabına texniki komanda ilə təmin edəcək.
BOK-un 2018-ci ilin oktyabr ayında keçiriləcək sessiyasında İcraiyyə Komitəsinin tövsiyəsi ilə namizədliyə iddialı şəhərlərdən bir neçəsi 2-ci mərhələdə iştirak etmək üçün dəvət alacaqlar. Olimpiada-2026-nın təşkili və keçirilməsi ilə bağlı müqavilə gələn ilin iyul ayında ictimaiyyətə açıqlanacaq. BOK Olimpiada-2026-nın ev sahibinin adını 2019-cu ilin iyul ayında İtaliyanın Milan şəhərində keçiriləcək 132-ci sessiyasında elan edəcək. Qeyd edək ki, 2026-cı ildə keçiriləcək qış Olimpiya Oyunlarına ev sahibliyi uğrunda Sion (İsveçrə), Alma-Ata (Kazaxıstan), Sapporo (Yaponiya), Kalqari (Kanada) və Ərzrum (Türkiyə) şəhərləri mübarizə aparır.



Bu yazı

2000 dəfə oxunub

Tarix

2017-10-23 15:00:42

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook