Akrobatlar Avropa çempionatından 3 medalla qayıdıblar




Polşanın Jeşuv şəhərində akrobatika gimnastikası üzrə 28-ci Avropa çempionatı keçirilib. 

"Olimpnews.az"ın məlumatına görə, çempionatda qarışıq cütlük proqramı üzrə 23 idmançı qüvvəsini sınayıb. Təmsilçilərimiz bu yarışdan vətənə 3 bürünc medalla qayıdıblar. Ölkəmizi Avropa çempionatında Ağasif Rəhimov və Nurcan Cabbarlı, həmçinin Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı cütlüyü təmsil edib.

 4 gün davam edən yarışlarda idmançılarımız maraqlı çıxış nümayiş etdirərək komandamızın hesabına 3 medal yazdırıblar.



Bu yazı

1583 dəfə oxunub

Tarix

2017-10-23 15:17:05

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook