Yığmamızın üzvü Honq-Konqda qızıl medala yiyələnib


Azərbaycanın triatlon yığmasının üzvü Rostislav Pevtsov Honq-Konqda təşkil olunan sprint üzrə açıq Asiya kuboku yarışlarında qızıl medal qazanıb.

Olimpnews.az saytının məlumatına görə, idmançımız 750 metrlik su məsafəsini 9 dəqiqə 33 saniyəyə başa vurub. Ardınca isə 20 kilometrlik velodistansiyanı 29 dəqiqə 14 saniyəyə qət edib. Nəhayət, yarışların sonuncu mərhələsini - 5 kilometrlik qaçış zolağını R.Pevtsov 15 dəqiqə 9 saniyə nəticə ilə başa vurub. Ümumi hesablamada yığmamızın üzvü 56 dəqiqə 39 saniyə vaxt göstəricisi ilə birinci yerə layiq görülüb.

Qadınların mübarizəsində isə komandamızın üzvü Kseniya Levkovskaya 1 saat 4 dəqiqə 29 saniyəlik nəticə ilə dördüncü olub.

Xatırladaq ki, cari mövsümdə Pevtsov Las-Palmasda keçirilən Avropa kubokunun qalibi olub, Rabat şəhərində təşkil olunan açıq Afrika kuboku yarışlarında qızıl medal qazanıb. Eyni zamanda, Çinin Çenqdu şəhərində keçirilən dünya kubokunda gümüş medala sahib olub. Avropa kuboklarının ümumi hesabında isə Rostislav gümüş medal qazanıb.


Bu yazı

1968 dəfə oxunub

Tarix

2017-10-24 10:14:40

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook