Yığma komandamız Zaqrebdə 5 medala layiq görülüb


Xorvatiyanın paytaxtı Zaqrebdə gənc cüdoçular arasında keçirilən dünya birinciliyinə yekun vurulub. Olimpnews.az saytının məlumatına görə, yarışda 83 ölkədən 590 idmançı (346 oğlan, 244 qız) qalib adı uğrunda mübarizə aparıb. Komandamız dünya birinciliyində 15 cüdoçu (10 oğlan, 5 qız) ilə təmsil olunub. 55 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Natiq Qurbanlı və 60 kq çəki dərəcəsində mübarizə aparan Kəramət Hüseynov gümüş medala sahib çıxıb.

73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Hidayət Heydərov Yaponiya, İtaliya, Qazaxıstan, Gürcüstan və Türkiyədən olan rəqiblərinə qalib gələrək fəxri kürsünü ən yüksək pilləsinə qalxıb.

Qızların yarışında 52 kq çəki dərəcəsində mübarizə aparan Nəzakət Əzizova isə dünya birinciliyinin bürünc medalını qazanıb. 100 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Zelim Kotsiyev dünya birinciliyinin qızıl medalına layiq görülüb.

Beləliklə, cüdo üzrə yığma komandamız dünya birinciliyini iki qızıl və iki gümüş medalla başa vurublar. Bununla da millimiz kişilərin fərdi yarışlarında bütün rəqiblərindən daha yaxşı nəticə göstərərək birinci yeri tutub. Azərbaycan cüdoçuları Yaponiya, Rusiya, Gürcüstan, Braziliya, Almaniya, Özbəkistan, Türkiyə, Fransa, İtaliya və digər milli komandaları qabaqlayıblar. Ümumi komanda hesabında isə gənclərimiz yalnız Yaponiyadan geri qalaraq ikinci olublar.


Bu yazı

1609 dəfə oxunub

Tarix

2017-10-24 09:39:55

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook