Sərbəst güləşçilər Rusiyada yarışacaqlar




Oktyabr ayının 28-29-da Rusiya Federasiyasının Nefteyuqansk şəhərində Vladimir Semyonovun şərəfinə "Yuqra Kuboku" adlı beynəlxalq turnir keçiriləcək. Artıq 14-cü dəfə keçirilən bu turnirdə sərbəst güləş üzrə böyüklərdən ibarət yığmamızın üzvləri də qüvvələrini sınayacaqlar.

Məşqçilər Vahid Məmmədov və Qılman Novruzovun rəhbərliyi altında medal uğrunda 7 güləşçimiz mübarizə aparacaq. Heyətdə Mahir Əmiraslanov (57 kq), Ruslan Qasımov (61 kq), Mahal Novruzov (65 kq), Coşqun Əzimov (70 kq), Orxan Abbasov (74 kq), Aleksandr Qostiyev (86 kq) və Aslanbek Alborov (97 kq) yer alıb.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Qərib Əliyev təmsil edəcək.

Turnirin proqramına əsasən, oktyabrın 28-də 57, 65, 74 və 97 kq çəkidə qaliblər müəyyənləşəcək. 61, 70, 86 və 125 kq çəki dərəcəsində güləşçilər isə oktyabrın 29-da qüvvələrini sınayacaqlar.




Bu yazı

1536 dəfə oxunub

Tarix

2017-10-27 00:12:03

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook