Praqa 22-ci Baş Assambleyaya ev sahibliyi edəcək


Bu gün Çexiyanın paytaxtı Praqa şəhərində Milli Olimpiya Komitələrinin Assosiasiyasının 22-ci Baş Assambleyası keçiriləcək.

Olimpnews.az saytının məlumatına görə, assambleyada Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibinin müavini Azər Əliyev və Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Anar Bağırov iştirak edəcək. Tədbir çərçivəsində adı çəkilən təşkilatın Gənclər, Beynəlxalq Əlaqələr, Atletlər və Marketinq Komissiyalarının iclası, həmçinin təşkilatın İcraiyyə Şurasının iclasının keçirilməsi nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, Milli Olimpiya Komitələrinin Assosiasiyası 206 Olimpiya komitələrini birləşdirən qurumdur. Hər il adı çəkilən təşkilatın Baş Assambleyasında müxtəlif mühüm məsələlərlə yanaşı, mükafatlandırma mərasimi keçirilir. Burada Qitə Oyunları üzrə ən yaxşı kişi və qadın idmançılar seçilir.

Qeyd edək ki, noyabrın 4-nə qədər davam edəcək tədbirdə növbəti Baş Assambleyanın keçiriləcəyi ölkənin adı da müəyyənləşəcək.


Bu yazı

1838 dəfə oxunub

Tarix

2017-10-31 00:14:01

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook