Azərbaycan kubokuna yekun vurulub


Stolüstü tennis üzrə 2000-2002-ci illər, 2003-cü il təvəllüdlü və daha aşağı yaşlı gənclər və yeniyetmələr arasında Azərbaycan kuboku yarışlarına yekun vurulub.

Olimpnews.az saytının məlumatına görə, turnirin bağlanış mərasimində çıxış edən Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov ölkəmizdə idmanın bu növünün inkişafında belə yarışların əhəmiyyətini qeyd edib. Turnirin maraqlı və gərgin idman mübarizəsi şəraitində keçdiyini vurğulayan Fazil Məmmədov qalibləri təbrik edib.

Qaliblərin mükafatlandırılması mərasimində fəxri kürsüdə yer alan idmançılara Gənclər və İdman Nazirliyinin diplomları, Azərbaycan Stolüstü Tennis Federasiyanın kubok və medalları təqdim edilib.


Bu yazı

1938 dəfə oxunub

Tarix

2017-10-31 15:02:31

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook