Sərbəst güləşçilər beynəlxalq turnirdə 4 medala sahib olublar




Dağıstan Respublikasının Buynaksk rayonunda dövlət xadimi Xizri Şıxsaidovun mükafatı uğrunda sərbəst güləş üzrə 14-cü beynəlxalq turnirə yekun vurulub. Turnirdə iştirak edən sərbəst güləş üzrə yığma komandanın üzvləri yarışları 2 qızıl medalla başa vurublar. Medalları komandamıza Murtuz Müslümov (74 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) qazandırıb.



Sərbəst güləş üzrə daha bir beynəlxalq turnir Rusiya Federasiyasının Nefteyuqansk şəhərində Vladimir Semyonovun şərəfinə keçirilib. "Yuqra Kuboku" adı altında təşkil edilən yarışda Rusiya, Almaniya, Macarıstan, İsrail, Qazaxıstan, Tacikistan, Türkiyə, Tunis, Ukrayna, Qırğızıstan güləşçiləri ilə yanaşı Azərbaycan pəhləvanları da qüvvələrini sınayıblar. Sərbəst güləşçilərimiz yarışlarda 1 qızıl və 1 bürünc medala sahib olublar. Qızıl medalı komandamıza keçirdiyi bütün görüşləri qələbə ilə başa vuran Aleksandr Qostiyev (86 kq) qazandırıb. Mahir Əmiraslanov (57 kq) isə yarışları bürünc medalla başa vurub. Beləliklə, komanda hesabında yığmamız Rusiyadan sonra ikinci yerdə qərarlaşıb. Üçüncü yeri isə Qazaxıstan komandası tutub.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Qərib Əliyev təmsil edib.



Bu yazı

1535 dəfə oxunub

Tarix

2017-11-02 11:50:28

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook