Qurban Qurbanov millimizin yeni baş məşqçisi oldu

Azərbaycan milli komandasının yeni baş məşqçisi müəyyənləşib. Olimpnews.az saytının məlumatına görə, AFFA-nın İcraiyyə Komitəsinin iclasında yığmamızın baş məşqçisinin adına aydınlıq gəlib.

Bakı Olimpiya Stadionunda təşkil olunan iclasın gündəliyindəki əsas məsələ müqaviləsi ilin sonunda başa çatan Robert Prosineçkini kimin əvəzləməsi ilə bağlı olub. Komitə üzvlərinin qərarı ilə "Qarabağ” klubunun baş məşqçisi milli komandada eyni vəzifəyə təyin edilib.

Komitə üzvləri yekdilliklə yeganə namizəd olan 45 yaşlı mütəxəssisi dəstəkləyib. Qurban Qurbanov növbəti üç seçmə mərhələ üçün – 6 il müddətinə yığmanın baş məşqçisi olacaq.

O, milli komanda ilə paralel "Qarabağ” və İcraiyyə Komitəsindəki işini də davam etdirəcək. Qurban Qurbanovun yığmadakı köməkçilərinin adları yaxın günlərdə müəyyənləşəcək.

Qeyd edək ki, məşqçilik karyerasına 2006-cı ildə başlayan Qurban Qurbanov "Neftçi” (2006-2007) və "Qarabağ”ı (2008-dən) çalışdırıb. Bunadək futbolçu karyerasında bir sıra klubların formasını geyinən keçmiş hücumçu millinin heyətində keçirdiyi 68 oyunda 14 qol vurub. O, yığmanın tarixinin ən yaxşı bombardiridir.



Bu yazı

1943 dəfə oxunub

Tarix

2017-11-03 15:45:30

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook