Dünya futbolunun ulduzları Moskvada

Dünya futbolunun ulduzları gələn il Rusiyada keçiriləcək dünya çempionatının rəsmi topunu təqdim ediblər.

Olimpnews.az saytının məlumatına görə, Moskvada təşkil olunan mötəbər tədbirdə "Barselona” və Argentina millisinin hücumçusu Lionel Messi, "Real”ın baş məşqçisi Zinəddin Zidan, "Milan” və Braziliya millisinin keçmiş yarımmüdafiəçisi Kaka, "Yuventus” və İtaliya yığmasının keçmiş hücumçusu Alessandro Del Piero, "Real” və İspaniya millisinin yarımmüdafiəçisi Xabi Alonso iştirak ediblər.

Almaniyanın "Adidas” şirkəti tərəfindən hazırlanan top "Telstar 18” adlandırılıb.

Qeyd edək ki, dünya çempionatının oyunları gələn il iyunun 14-dən iyulun 15-dək Moskva, Sankt-Peterburq, Kazan, Yekaterinburq, Volqoqrad, Rostov-na-Donu, Samara, Kalininqrad, Nijni Novqorod, Saransk və Soçidə keçiriləcək. Turnirin qrup mərhələsinin püşkü dekabrın 1-də Moskvada atılacaq.



Bu yazı

1357 dəfə oxunub

Tarix

2017-11-10 14:02:41

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook