Taekvondoçularımız beynəlxalq turnirdə iştirak edəcəklər


Azərbaycanın taekvondo üzrə milli komandası noyabrın 23-24-də Çində keçiriləcək taekvando üzrə "Grand Slam" beynəlxalq turnirində iştirak edəcək.

Olimpnews.az saytının məlumatına görə, Dünya Taekvando Federasiyasının yarış cədvəlinə uyğun olaraq, təşkil ediləcək turnirdə ölkəmiz səkkiz kişi taekvandoçu ilə təmsil olunacaq. Turnirə qatılacaq yığmanın heyəti artıq müəyyənləşib.

Çindəki lisenziya xarakterli yarışda kişilər arasında Qaşım Maqomedov (58 kq), Əli Məmmədov (58 kq), Məhəmməd Məmmədov (68 kq), Ayxan Tağızadə (68 kq), Səid Quliyev (80 kq), Ələskər Əliyev (68 kq), Ramin Əzizov (80 kq-dan yuxarı) və Payam Qobadi (80 kq-dan yuxarı) birincilik uğrunda mübarizə aparacaqlar.

Qadınların mübarizəsində isə ölkəmiz təmsil olunmayacaq. Patimat Abakarova və Fəridə Əzizova zədəli olduqları üçün turnirdə iştirak etməyəcəklər.

Beynəlxalq yarışa böyüklərdən ibarət komandamızın baş məşqçisi Reza Mehmandoust, böyük məşqçi Rəşad Əhmədov və eləcə də qadınlardan ibarət yığma komandanın baş məşqçisi Elnur Amanovun rəhbərliyi ilə hazırlaşan taekvandoçularımız bu gün Çinə yola düşəcəklər.

Yarışda qalib gələn idmançıların aktivlərinə reytinq xalları əlavə ediləcək.



Bu yazı

10330 dəfə oxunub

Tarix

2017-11-20 10:47:25

Yazını

Çap et

Yazını

Paylaş