Çingiz Hüseynzadə yenidən İslam Həmrəyliyi İdman Federasiyasının vitse-prezidenti seçilib


Noyabrın 19-da Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) hesabat iclası öz işinə başlayıb. Olimpnews.az saytının məlumatına görə, noyabrın 22-dək davam edəcək toplantınin ikinci günündə İHİF-in X Baş Assambleyası keçirilib. Təbdirdə İHİF-in sədri Zati-aliləri Turki bin Abdulmohsen Al-Alsheix, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Zati-aliləri Yousef bin Ahmad Al-Otaimeen, İHİF-in vitse-prezidentləri Hamad Kalkaba Malbaum və Çingiz Hüseynzadə iştirak ediblər.

İHİF-in Baş Assambleyasının gündəliyində duran əsas məsələ təşkilatın dörd illik fəaliyyəti ilə bağlı hesabat olub. Hesabatda dörd il ərzində həyata keçirilən tədbirlər arasında 2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkili, tədbirin islam dəyərlərinin dünyada təbliğ olunmasında, islam ölkələri arasında dostluq və həmrəyliyin gücləndirilməsində müstəsna rolu xüsusi qeyd olunub.

Sonra İHİF-in İcraiyyə Komitəsinə üzvlərinin və rəhbər heyətinin seçkiləri keçirilib. Baş Assambleyada Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə yenidən İHİF-in vitse-prezidenti seçilib. Qeyd edək ki, Çingiz Hüseynzadə artıq üçüncü dəfədir ki, bu təşkilatın vitse-prezidenti seçilir.


Bu yazı

9870 dəfə oxunub

Tarix

2017-11-21 10:44:08

Yazını

Çap et

Yazını

Paylaş