Naim Süleymanoğlu vəfat edib



3 qat Olimpiya çempionu qaraciyər serrozundan vəfat edib

Dünya şöhrətli türkiyəli atlet Naim Süleymanoğlu dünyasını dəyişib.

50 yaşlı atlet qaraciyər serrozundan əziyyət çəkirdi. O, sentyabr ayından etibarən Memorial Ataşəhər Xəstəxanasına müalicə olunurdu. Məşhur idmançıya qaraciyər köçürülsə də, beyin qanaması səbəbi ilə dünyasını dəyişib.
Naim Süleymanoğlu 1967-ci il yanvarın 23-də Bolqarıstanda doğulub. Kariyerası ərzində ağır atletika üzrə bir çox mükafatlara yiyələnib. O, Seul-1988, Barselona-1992 və Atlanta-1996 Yay Olimpiya Oyunlarının çempionu, 7 qat dünya, 2 qat Avropa çempionu tituluna sahib olmuşdu.



Bu yazı

33734 dəfə oxunub

Tarix

2017-11-23 12:03:31

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev