Cüdo üzrə Bakı çempionatı start götürüb


Bu gün "Sərhədçi” İdman Olimpiya Kompleksində kişilər və qadınlar arasında cüdo üzrə Bakı çempionatına start verilib.

Olimpnews.az saytının məlumatına görə, iki gün davam edəcək paytaxt birinciliyində 24 klubdan 219 kişi və 23 qadın cüdoçu medallar uğrunda mübarizəyə qoşulub.

Yarışın birinci günündə ümumilikdə 121 cüdoçu (98 kişi və 23 qadın) tatami üzərinə çıxacaq. Qadınların mübarizəsində bütün çəki dərəcələri (48 kq, 52 kq, 57 kq, 63 kq, 70 kq, 78 kq və 78 kq-da yuxarı) üzrə qaliblər müəyyənləşəcək. Kişilərin yarışında isə 60 və 66 kiloqram çəki dərəcələrində çıxış edən cüdoçular mübarizə aparırlar.

Azərbaycan Cüdo Federasiyasının, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən paytaxt çempionatına noyabrın 24-də yekun vurulacaq.


Bu yazı

24243 dəfə oxunub

Tarix

2017-11-23 10:40:15

Yazını

Çap et

Yazını

Paylaş