Final oyununun biletləri fevraldan satışa çıxarılacaq


UEFA Çempionlar Liqasının 2017-2018-ci illər mövsümünün Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək final oyununun biletləri gələn ilin fevralından satışa çıxarılacaq.

Olimpnews.az saytının məlumatına görə, bu barədə Ukrayna Futbol Federasiyasından məlumat verilib.

Biletlərin bir hissəsi UEFA-nın saytı vasitəsilə satışa çıxarılacaq. Azarkeşlər biletləri onlayn əldə edə biləcəklər. UEFA biletlərin qalan hissəsini milli futbol assosiasiyalarına, tərəfdaş kommersiya şirkətlərinə göndərəcək.

Federasiyadan bildiriblər ki, biletlərin qiymətləri kateqoriyalara görə müəyyənləşəcək.

UEFA Çempionlar Liqasının final matçının keçiriləcəyi Olimpiya stadionunun dekabrdan əsaslı təmirinə başlanılacaq. Təmir işlərinin aprelin sonunadək başa çatdırılması nəzərdə tutulub. Stadionun əsaslı təmirinə 103 milyon qriven (3 milyon 850 min dollar) məbləğində vəsait ayrılıb.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının 2017-2018-ci illər mövsümünün final qarşılaşması gələn il mayın sonunda Kiyevdə oynanılacaq.


Bu yazı

16786 dəfə oxunub

Tarix

2017-11-23 17:46:08

Yazını

Çap et

Yazını

Paylaş