Anlaşma memorandumu imzalanacaq

Sabah Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) və "Bir” Tələbə-Könüllü proqramı arasında anlaşma memorandumu imzalanacaq. Mərasimdə Təhsil nazirinin müavini Firudin Qurbanov və MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə iştirak edəcək.

Olimpnews.az saytının məlumatına görə, memorandumun imzalanmasında məqsəd gənclərin könüllülük fəaliyyətinə təşviq edilməsi, idmana və xüsusilə Olimpiya Oyunlara marağın artırılması, gənclərin asudə vaxtlarının səmərəli istifadə edilməsi üçün əlverişli mühit yaratmaq, tərəflər arasında üzrə əməkdaşlıq istiqamətlərini müəyyənləşdirməkdən ibarətdir.

Tədbirdə Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi və "Bir” Tələbə könüllü proqramının əməkdaşları ilə yanaşı, müxtəlif idman federasiyalarının nümayəndələri iştirak edəcək.

Bundan başqa, Milli Olimpiya Komitəsinin 25 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərində fəal iştirak etmiş könüllülər təltif ediləcək.

Qeyd edək ki, "Bir” Tələbə-Könüllü Proqramı ölkədə bir sıra irimiqyaslı tədbirlərin planlaşdırıldığını və bu tədbirlərin təşkilində tələbə könüllülərin böyük rolunun olduğunu nəzərə alaraq, tələbə-könüllülərlə işin təşkilinin sistemləşdirilməsi, vahid məlumat bazasının yaradılması, tələbələrin könüllü fəaliyyətlə məşğul olmasının stimullaşdırılması məqsədilə yaradılıb. Proqram çərçivəsində tələbələr könüllülük fəaliyyətinə və müvafiq tədbirlərə cəlb olunacaq, onlara "əsl tələbə həyatı” modelinə uyğun 6 müxtəlif istiqaməti (Öyrən, Öyrət, Yaşa, Yaşat, Kəşf Et və Zövq Al) özündə birləşdirən layihə təqdim edir. "Bir” Tələbə-Könüllü Proqramına qoşulmaq üçün tələbələr www.konullu.edu.az portalından qeydiyyatdan keçə bilər.

Xatırladaq ki, "Bir” Tələbə-Könüllü Proqramının iştirakçıları daha öncə Milli Olimpiya Komitəsinin çöxsaylı tədbirlərində iştirak ediblər.



Bu yazı

3808 dəfə oxunub

Tarix

2017-11-28 16:47:59

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook