Sumonun əfsanəsi karyerasını ləkələdi


Monqolustanlı sumoçu Harumafudzi böyük idmanla vidalaşır. Buna səbəb 33 yaşlı sumoçunun öz həmkarı Takonoivanı zədələməsi olub. Belə ki, bu idmançılar arasında Tokio restoranlarının birində baş vermiş insident əsas göstərilir. Monqolustanlı sumoçu rəqibi ilə mübahisə zamanı onu döyərək, həmkarının başında şüşə butulka sındırıb. Ağır kəllə-beyin travması alan Takonoiva təcili xəstəxanaya çatdırılıb.

Bu barədə Harumafudzi bunları deyib: "Mən yokodzunayam. Bu sumoda böyük və şərəfli addır. Təəssüf ki, mən bu adı ləkələmişəm. Takonoiva ilə dava-dalışın sonu belə olmalı deyildi. Onu zədələdiyimə görə peşmanam. Mən artıq sumo aləmini tərk edirəm. Mən ondan və sumo dünyasından üzr istəyirəm”.


Bu yazı

4152 dəfə oxunub

Tarix

2017-12-01 10:44:27

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook