Beynəlxalq Komitə ruslardan əl çəkmir

Beynəlxalq Olimpiya Komitəsi 5 rusiyalı idmançını idman yarışlarından ömürlük uzaqlaşdırıb. İdmançılar 2014-cü ildə Soçidə keçirilən Qış Olimpiya Oyunları zamanı dopinqdən istifadə etməkdə ittiham edilib.

Beləliklə, Sergey Çudinov, Aleksey Neqodalio, Dmitri Trunenkov, Yana Romanova və Olqa Vilukina idmandan ömürlük uzaqlaşdırılıb. Onların Olimpiyadada qazandığı dərəcələr də geri alınıb.

Qeyd edək ki, sözügedən yarışda A.Neqadilo və Dmitri Trunenkov qızıl, Y.Romanova ilə O.Vilukina isə gümüş medal əldə etmişdi.



Bu yazı

4099 dəfə oxunub

Tarix

2017-12-01 14:55:01

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook