AFFA-dan 2 futbolçuya ömürlük cəza

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Olimpnews.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, toplantıda sərt qərar qəbul edilib.

İntizam Komitəsi "Keşlə” Peşəkar Futbol Klubunun AFFA-ya rəsmi müraciətinə, hüquq-mühafizə orqanları tərəfindən təqdim edilmiş məktuba və UEFA-dan daxil olmuş məlumatlarla bağlı mövqeyini açıqlayıb. Nəticədə iştirakçısı olduğu oyunun idman nəticəsinin manipulyasiyasına görə "Keşlə”nin futbolçuları - Nizami Hacıyev və Mirhüseyn Seyidova futbola aid hər bir məşğuliyyət ömürlük qadağan edilib.

Oyunların idman nəticəsinin manipulyasiyasında iştirakı ilə bağlı şübhələrin mövcud olduğu digər futbolçular barədə isə araşdırmanın davam etdiriləcəyi lazım bilinib.

Tərəflər 15 gün ərzində AFFA-nın Apellyasiya Arbitraj Tribunalına qərarla bağlı apellyasiya şikayəti verə bilərlər.



Bu yazı

4796 dəfə oxunub

Tarix

2017-12-01 17:33:07

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook