Rusiya yığması Pxenyan-2018 Olimpiadasından kənarlaşdırılıb



Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiyanı müvəqqəti olaraq qurumun tərkibindən uzaqlaşdırıb. 

Bununla Rusiya yığması həm də 2018-ci ildə Cənubi Koreyanın Pxenyan şəhərində keçiriləcək XXIII Qış Olimpiya Oyunlarından kənarda qalıb. Bu barədə qərar BOK-un İcrayyə Komitəsinin iclasında qəbul edilib.

Çənubi Koreyanın mədəniyyət, idman və turizm nazirliyi Beynəlxalq Olimpiya Komitəsinin (BOK) bu qərarından sonra rusiyalı idmançıları Pxenyan-2018 Olimpiadasında neytral statusda çıxış etməyə çağırıb. Nazirlik BOK-un bu qərarından təəssüfləndiyini bildirərək, Pxenyan-2018 Olimpiadasının Rusiya və Koreya arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsində yaxşı imkan yaradacığını hesab edir.




Bu yazı

7314 dəfə oxunub

Tarix

2017-12-08 18:27:40

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook