Pxenyan-2018-in açılış günü ən şaxtalı hava olacaq

Pxenyan-2018 Qış Olimpiya Oyunlarının açılışı günündə, yəni fevralın 9-da tarixdə ən şaxtalı hava proqnozlaşdırılır.

Sinoptiklərin sözlərinə görə, həmin gün tepmometr havanın mənfi 14 dərəcə olduğunu göstərəcək. Bu da rekord deməkdir. Hələlik Olimpiya Oyunlarının açılış mərasimi tarixində ən şaxtalı hava 1994-cü ildə Lillihamerdə qeydə alınıb - mənfi 11 dərəcə.

Bu xəbər Pxenyan-2018 Təşkilat Komitəsinı həyəcanlandırıb. Çünki inşasına 58 milyon dollar vəsait xərclənən Olimpiya stadionu qapalı deyil, üstüaçıq inşa edilib.


Bu yazı

31212 dəfə oxunub

Tarix

2017-12-19 09:53:44

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook